EN

Ağdamda alçaq gərginlikli elektrik yuvaları istehsal ediləcək

525.az saytına istinadən ain.az xəbər verir.

Ağdam Sənaye Parkında orta və alçaq gərginlikli elektrik yuvalarının istehsalı həyata keçiriləcək.

525.az-a İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, bununla bağlı I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində Parkın rezidenti "Eel Electric" MMC ilə Türkiyənin "ABB Group" şirkətləri arasında Modulyar Panel Sistemlərinin quraşdırılmasına dair müqavilə imzalanıb.

Müqaviləni "Eel Electric" MMC-nin direktoru Vüsal Mirzəyev və şirkətin ölkə meneceri Mahmud Rzayev imzalayıblar.

Birgə əməkdaşlıq çərçivəsində tərəflər "Eel Electric" MMC-nin Ağdam Sənaye Parkında yerləşən müəssisəsində istehsal edəcəklər. İstehsal prosesi "ABB Group" şirkətinin qabaqcıl texnologiyası əsasında təşkil ediləcək.

140 ildən çox təcrübəyə malik "ABB Group" şirkəti dünyada elektrikləşdirmə və avtomatlaşdırma sahəsində qlobal texnologiya lideridir. Şirkətin dünya üzrə 110 mindən artıq işçisi var.

Qeyd edək ki, "Eel Electric" MMC Ağdam Sənaye Parkının 1,7 hektar ərazisində elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı ilə məşğul olur.

Müəssisənin illik gücü 600 ədəd ortagərginlikli qurğu, 600 ədəd aşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığın istehsalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
5
525.az

6Sources