Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “General Hospital” yenə saxta sağlamlıq arayışı qalmaqalı ilə gündəmə gəlmişdi. Vətəndaş Qurbanova Zərxanım İlqar qızı saytımıza müraciətində bildirmişdi ki, adıçəkilən tibb müəssisəsində 40 manat müqabilində ona heç bir yoxlanışdan keçmədən sağlamlıq kağızı təqdim olunub.