EN

Bakı-Sumqayıt yolunun tıxacı azalacaq -

Hazırda Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir. Bu yolun inşasının gələn il yekunlaşması planlaşdırılır. Bəs Pirşağı–Xırdalan yolu Sumqayıt yolunun tıxacını azaldacaq? Nəqliyyat eksperti İlqar Hüseynli Metbuat.az-a açıqlamasında bildirib ki, 2030-cu ilə qədər dövlət proqramı qəbul olunub və ölkə prezidenti İlham Əliyev tərəfindən şəxsən nəzarətdə saxlanılır. Proqram çərçivəsində dairəvi yolların tikintisi, müxtəlif yolötürücülərinin və kommunikasiya xətlərinin qurulması, nəqliyyat infrastrukturunun yenilənməsi nəzərdə tutulur. Bu layihəyə həmçinin Pirşağı–Novxanı–Xırdalan–M4 magistral yolunun salınması da daxildir. Ekspertin sözlərinə görə, bu yol xeyli sayda nəqliyyat vasitəsini Sumqayıt–Bakı istiqamətindəki sıxlıqdan azad edəcək və kifayət qədər ciddi bir qovşaq rolunu oynayacaq. Həmçinin, ikinci dairəvi yolun da bu sistemə birləşdirilməsi planlaşdırılır: “2030-cu ilə qədər doqquz yeni metro stansiyasının tikilməsi və istismara verilməsi də nəzərdə tutulub. Bu, həm yeraltı, həm də yerüstü nəqliyyat sisteminin inkişafına şərait yaradacaq. Nəticədə, hərəkət intensivliyi azalacaq, nəqliyyatın yükü xeyli dərəcədə yüngülləşəcək. Bununla yanaşı, son illərdə regionlardan Bakıya miqrasiya demək olar ki, dayanıb, əksinə, geri dönüş prosesi sürətlənib. Xüsusilə Qarabağ iqtisadi rayonunda kəndlərin, qəsəbələrin və şəhərlərin bərpası, yeni iş yerlərinin yaradılması da Bakı şəhərinin və nəqliyyatın yükünü azaldacaq”. İ.Hüseynli qeyd edib ki, Pirşağı–Novxanı–Xırdalan-M4 avtomobil yolunun çəkilişi digər infrastruktur layihələri ilə yanaşı, nəqliyyatın intensiv hərəkətinə və Sumqayıt yolundakı sıxlığın azalmasına mühüm töhfə verəcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
2
8
metbuat.az

9Sources