EN

QHT xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsi onlayn dərslərə start verib - FOTO

 Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsi onlayn dərslərə start verib.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi soydaşlarımızın ana dilini öyrənməsi, Azərbaycan mədəniyyətinə və adət-ənənələrinə daha sıx bağlı olmalarına dəstək göstərməkdir.

Onlayn dərslər çərçivəsində şagirdlər:

  • Azərbaycan dilində oxuma və yazma bacarıqlarına yiyələnirlər;

  • Rəngarəng interaktiv məşğələlərdə iştirak edirlər;

  • Milli dəyərlərimizi yaxından öyrənirlər.

Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Chosen
10
5
qht.az

6Sources