EN

Qəzzada ölənlərin sayı 65 min 419-a çatıb Fələstin Səhiyyə Nazirliyi

İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına başladığı intensiv hücumlar nəticəsində ölənlərin sayı 65 min 419-a, yaralananların sayı isə 167 min 160-a yüksəlib.

Missiya.Az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağında 175 yaralı xəstəxanalara çatdırılıb. Nazirlik həmçinin dağıntılar altından çıxarılan 4 cəsədin əvvəlki hücumlara məruz qalan mülki şəxslərə aid olduğunu qeyd edib.

Qeyd olunur ki, İsrailin 18 mart tarixində birtərəfli qaydada atəşkəsi pozmasından bu yana 12 min 823 fələstinli həlak olub, 54 min 944 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Seyranə Quliyeva Missiya.Az

Chosen
61
1
missiya.az

2Sources