EN

Erməni nazir Konstitusiya İslahatları Şurasının növbəti iclasını keçirdi

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın sədrliyi ilə Konstitusiya İslahatları Şurasının növbəti iclası keçirilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Ədliyyə Nazirliyi məlumat yayıb.

Şura gündəliyinə parlamentin özünü buraxma mexanizmlərinin müəyyən edilməsi, daimi komissiyalarının sayının konstitusiya qanunu ilə müəyyən edilməsi və etika üzrə daimi komissiyanın formalaşdırılması haqqında konstitusiya əsasnamələrinin təmin edilməsi, eləcə də Baş nazirin müavininə, nazirə və ya diplomatik nümayəndələrə etimadsızlıq barədə qərarın parlamentin daimi komissiyaları tərəfindən qəbul edilməsi mexanizmlərinin yaradılması daxildir. 

Müzakirələr nəticəsində qeyd olunan məsələlər Konstitusiya İslahatları Şurasında səsə qoyularaq qəbul edilib.

Ağarza Elçinoğlu

Chosen
5
unikal.az

1Sources