Misli Premyer Liqasının VI turunda oynanılacaq "Qarabağ" - "Qəbələ" matçına biletlər satışa çıxıb.

Offsideplus.az xəbər verir ki, biletlər saat 12:00-dan etibarən satışdadır.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Oyunu izləmək istəyənlər biletləri “iTicket.az”-dan onlayn sifariş verə, oyun günü isə həm də “Azersun Arena”nın kassasından ala bilərlər.

Qeyd edək ki, qarşılaşma sentyabrında 26-da, "Azərsun Arena"da baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.