Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ölkənin hərbi prokuroru dəyişidirləndən sonra bu qurumda illərlə çalışmış əksər yüksək rütbəli şəxslər yola salınır.
Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, vəzifəsini itirmək növbəsi hərbi prokurorun birinci müavini general-mayor Şəfayət İmranova çatıb.
Bildirilir ki, yaxın günlərdə Şəfayət İmranovun vəzifəsindən uzaqlaşdırılması barədə əmr elan olunacaq.
Bununla belə generala yaxın mənbələr onun artıq özü üçün yeni iş yeri müəyyən etdiyini də deyib.
Belə ki, Şəfayət İmranov yaxın zamanlarda Daxili Qoşunların Hərbi İnstitutunda prorektor vəzifəsinə təyinat alacaq.
Elmar
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.