EN

Birjada Aİ-92 markalı benzinin qiyməti rekord qırıb

Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasının məlumatına görə, Aİ-92 markalı benzinin birja qiyməti sentyabrın 24-də növbəti rekorda imza ataraq bir ton üçün 73 680 rublu keçib.

NOCOMMENT.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

Aİ-92 markalı benzinin qiyməti 0,05% artaraq bir ton üçün 73 684 rubl təşkil edib. Rusiyanın Avropa hissəsi üçün regional indeksə əsasən Aİ-95 markalı benzinin qiyməti 0,27% artaraq bir ton üçün 79 393 rubl təşkil edib.

Bu arada, yay dizel yanacağının qiyməti ardıcıl doqquz ticarət sessiyasından sonra 0,2% azalaraq bir ton üçün 72 061 rubl təşkil edib. Mazut 0,54% artaraq bir ton üçün 25 091 rubl, təyyarə yanacağının (aviasiya kerosini) qiyməti isə 2,05% artaraq 74 264 rubl/ton olub. Mayeləşdirilmiş neft qazlarının qiyməti 1,35% azalaraq bir ton üçün 18 059 rubl təşkil edib.

Bundan əvvəl TASS-ın sənayedəki mənbəsi bildirmişdi ki, müvafiq qurumlar Rusiyadan benzin ixracına qoyulan qadağanın uzadılmasını və bütün bazar iştirakçıları üçün 2025-ci ilin sonuna qədər dizel yanacağının ixracına qadağa tətbiq etməyi müzakirə edirlər.

Chosen
12
nocomment.az

1Sources