EN

“Gəncliyimiz “TikTok”larda itib-batır”

Müğənni Nadir Qafarzadə açıqlaması ilə gündəm olub.

OLAY yazır ki, sənətçi “Şou MTV”yə TikTok-la bağlı qalmaqallı açıqlamalar verib.

“Baxırsan, bugünkü gəncliyimiz “TikTok”larda itib-batır. Hoqqa verirlər, olmaz. Ən çox da günahkar kimdir? Analar. Biz kişilər səhər papağımızı başımıza qoyuruq, o da varsa, gedirik pul qazanmağa. Evdə uşaqla anası qalır. Əziz, gənc analar, sizdən rica edirəm, gəncliyimizi qoruyun. Qızlarınızı TikTok-dan, instaqramdan uzaq tutun. Vaxtı gələndə həmin sosial şəbəkələrdən istifadə edəcək, amma indi yox. Qızlara oğlan kimi rəqs etdirirlər. Qoy, qızlarımız xanım”.

Chosen
15
2
olay.az

10Sources