EN

Azərbaycana alma ixracından daxil olan valyuta 53% artıb

ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-avqust aylarında 43 milyon 401 min dollar dəyərində 61 min 893 ton alma ixrac edib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkənin alma ixracı illik müqayisədə dəyər baxımından 15 milyon 53 min dollar və ya 53,1%, həcm ifadəsində isə 18 min 876 ton və ya 43,9% artıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə ölkənin alma ixracının dəyəri 28,3 milyon dollar, həcmi isə 43 min ton olub.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
1
banco.az

2Sources