EN

Kiyevin Putin-Zelenski görüşü üçün təklif etdiyi ölkələr Moskva üçün qəbuledilməzdir -Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya Qazaxıstanda Ukrayna ilə yüksək səviyyəli görüş təklifi ilə bağlı açıqlamasına münasibət bildirib.

Ulusal.az  xəbər verir ki , Peskov RBC radiosunda qeyd edib ki, Ukrayna tərəfi “çoxlu sayda təkliflər irəli sürür”. O, Qazaxıstanı təklif etməzdən əvvəl görüş yeri kimi Rusiya üçün “tamamilə qəbuledilməz” olan ölkələri qeyd edib.

Peskov İsveçrə və Avstriyanı misal çəkərək, bu ölkələrin “de-fakto artıq neytral olmadığını” qeyd edib.

Mətbuat katibi xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bu danışıqların Moskvada təşkili ideyasını irəli sürüb.

Chosen
15
moderator.az

1Sources