EN

“Giləzi-Quşçuluq Şirkəti” buna görə cərimələnə bilər – SƏBƏB

Barəsində bir neçə dəfə cərimə protokolu yazılmış “Giləzi-Quşçuluq Şirkəti” MMC barəsində növbəti dəfə protokol tərtib edilib. Şirkət bu dəfə cərimələnə bilər.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 234.0.5-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə, fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
MMC ilə bağlı iş baxılması üçün Xızı rayon Məhkəməsinə göndərilib. 30 sentyabr tarixində hakim İlqar Cabbarovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Giləzi-Quşçuluq Şirkəti”nın qanuni təmsilçisi və rəhbəri Eminov Elvin Dilavər oğludur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Chosen
17
3
yenilik.az

4Sources