EN

Rusiya gömrükçüləri Çindən gələn yük maşınlarında 3 000 ə yaxın dron aşkar etdilər

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Rusiyanın Uzaq Şərqində gömrükçülər Çindən gələn yük maşınlarında 3 000-ə yaxın dron və onların komponentlərini aşkar ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin "Telegram" kanalında məlumat yayılıb.

Tapıntılar arasında iki təyyarə tipli PUA, 2 672 kvadrokopter və 200-dən çox komponent olub. PUA-ların bəziləri müşahidə kameraları, termal kamera və yükburaxma cihazları ilə təchiz edilib.

Yük maşını Çindən Rusiya şirkətinə gedirmiş və digər malların arasında gizlədilən yük oyuncaq və istehlak malları kimi sənədləşdirilib.

Bəyan olunmayan mallarla bağlı cinayət işi açılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
2
oxu.az

3Sources