EN

Nazirliyin tabeliyindəki qurumun 3,3 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələri üçün malların alınması üzrə tenderin qalibini elan edib.

FED.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satınalınması ilə bağlı keçirilmiş tenderin qalibi müəyyən olunub.

Qalib “Koneks Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Qalib şirkətə 3 milyon 285 min 567,08 manat ödəniləcək.

Şirkət bundan öncə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən elan edilən  3 285 563 manat dəyərindəki məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması ilə bağlı tenderin qalibi olub.

Xatırladaq ki, "Koneks Construction" MMC 27.11.2019-cu ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsliçisi Mehdi Fərzəliyev Məhəmmədəli oğludur. Hüquqi ünvanı Az1108, Bakı Şəhəri Binəqədi Rayonu, Səttar Bəhlulzadə, Ev 39, M. 202-də yerləşir.

Chosen
2
fed.az

1Sources