EN

AFFA gözlənilən addımı atmadı, onlar arasında fikir ayrılığı yarandı!

Mövsüm başlamazdan əvvəl hakimlərin əməkhaqlarında dəyişiklik ediləcəyi ilə bağlı gözləntilər var idi. Referilər maaşların artım olacağını zənn edirdilər.

Lakin əldə olunan məlumata görə, heç bir yenilik baş verməyib. Hakimlərin maaşlarının artırılması planlaşdırılsa da, bu, hələlik reallaşmayıb.

Maraqlıdır ki, ədalət təmsilçilərindən bir neçə təcrübəli referi məsələ ilə bağlı AFFA rəhbərliyi ilə görüşmək istəsələr də, sonradan bu fikirlərindən daşınıblar.

Bu isə hakimlər arasında müəyyən narazılıqların qalmasına səbəb olub.

İdmanxeber.az

 

Chosen
7
1
idmanxeber.az

2Sources