EN

Nənəsinə görə bu xəstəxanada dava saldı Həbs edildi

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində nənəsinə görə həkimləri söyən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 2002-ci ildə Bakı şəhərində anadan olmuş İbrahim Əliyev (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola məhkəmədə baxılıb. 

Məlum olub ki, İbrahim uşaqlıqdan onu böyüdən F.Ə. adlı nənəsinin səhhətində problem yaranıb və qadını Xətai Tibb Mərkəzinə aparıb. Lakin orada həkimlər boş yer olmadığını əsas gətirərək F.Ə.ni qəbul etməkdən imtina edib. Buna əsəbləşən İbrahim həkimlərlə mübahisə edib və səs-küy salıb. 

Polis əməkdaşları hadisə yerinə yaxınlaşan zaman isə tabesizlik göstərib. O, törətdiyi əməldən peşman olduğunu, bir daha belə hala yol verməyəcəyini bildirib və barəsində yüngül cəza tətbiq edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə İbrahim barəsində 8 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunub. 

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
4
qaynarinfo.az

6Sources