EN

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Azərbaycan tarixində unikal bir mərhələdir- ÖZƏL

"Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq öz tarixinin yeni mərhələsinə qədəm qoyub. 2020-ci il Vətən Müharibəsində əldə olunan parlaq Qələbə və 2023-cü ilin sentyabrındakı keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan otuz ilə yaxın işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur bölgələrində tam suverenliyini bərpa etməsindən sonra bölgədə yeni bir reallıq yaranıb". "Olaylar" xəbər verir ki, bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib: "Azərbaycan dövləti tərəfindən bölgədə genişmiqyaslı quruculuq və abadlıq işlərinə start verilib. Bu işlər yalnız infrastrukturun bərpası deyil, həm də milli kimliyin, sosial rifahın və iqtisadi potensialın yenidən qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti 2022-ci ildə "Böyük Qayıdışa dair birinci Dövlət Proqramı"nı təsdiqləyib. Bu proqramın məqsədi azad edilmiş ərazilərdə yaşayışın bərpası, keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir. Əsas prioritetlər isə təhlükəsizliyin təmin edilməsi, infrastrukturun qurulması, yaşayış sahələrinin inşası, sosial xidmətlərin bərpası, kənd təsərrüfatı və sənaye zonalarının yaradılması kimi digər istiqamətləri də əhatə edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərsalma planları - "Ağıllı şəhər", "Ağıllı kənd" layihələri uğurla icra edilir. Həmçinin bölgədə bərpa olunan enerji, rəqəmsal infrastruktur, müasir kənd təsərrüfatı texnologiyaları tətbiq olunur. Sözüz ki, bütün bu işlər ərazilərin minalardan təmizlənməsi kimi ağır bir prosesin fonunda icra edilir. Bütün bunlara rəğmən Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri təkcə Azərbaycanın daxili inkişafı üçün deyil, bu həm də Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşması baxımından yeni imkanlar açır. Çünki Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq-abadlıq işləri Azərbaycan tarixində unikal bir mərhələdir. Bu, təkcə torpaqların fiziki deyil, həm də mənəvi və iqtisadi dirçəlişi deməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
olaylar.az

1Sources