Pakistanın Bəlucistan əyalətinin Mastunq rayonunda sərnişin qatarına bombalı hücum nəticəsində 12 nəfər yaralanıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Bildirilib ki, partlayıcı qurğu Pişəvər–Kvetta xəttində hərəkət edən Jaffar Express qatarının keçidi zamanı relslərə yerləşdirilib. Nəticədə 6 vaqon relsdən çıxıb, onlardan biri aşıb.
Hadisə zamanı qatarda 270 sərnişin olub. Yaralılar xəstəxanaya yerləşdirilib, əraziyə təhlükəsizlik qüvvələri göndərilib.
Qeyd edək ki, Pakistanda silahlı hücumlar əsasən Hayber Paxtunxva və Bəlucistan əyalətlərində qeydə alınır. Hücumlara adətən “Təhrik-i-Taliban Pakistan” və “Bəlucistan Azadlıq Ordusu” (BLA) kimi qruplaşmalar cavabdehlik daşıyır.
Seyranə QuliyevaMissiya.Az