Aktual.az xəbər verir ki, bu barədə Türkiyə "Ekonimim” nəşri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdara istinadla məlumat yayıb.
"Sentyabrın 25-də Vaşinqtonda ABŞ-ın maye qazının idxalı məsələsində böyük bir addım atıla və müqavilənin təfərrüatı həmin gün açıqlana bilər”, - Albayraq bildirib.
Nəşrin məlumatına görə, müqavilənin müddəti 2045-ci ilə kimi olacaq və Türkiyə hər il bu müddət ərzində ABŞ-dan 2.15 milyard dollarlıq maye qaz alacaq.