EN

Rusiya Ukrayna ilə Qazaxıstanda görüş təklifini rədd etdi

Rusiya Ukrayna ilə bağlı danışıqların Qazaxıstanda keçirilməsi təklifini rədd edib.

Axar.az xəbər verir ki, bu barədə “İnsayder” nəşri məlumat yayıb.

Məlumata görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və bir sıra beynəlxalq vasitəçilərin Rusiya hakimiyyətinə etdiyi müvafiq təklif Kreml üçün ciddi qəbul olunmayıb.

“Bizim artıq belə təmaslar üçün mükəmməl aydın platformalarımız var - ilk növbədə Türkiyə, eləcə də Yaxın Şərq. Qazaxıstanın niyə bu siyahıya əlavə edilməli olduğu bəlli deyil. Biz Ukrayna tərəfindən bizim tələblərimizə qulaq asmaq, nəhayət, münaqişəyə son qoymaq üçün danışıqlara başlamaq istəyirik kimi kifayət qədər ağlabatan bir istək görmürük. Heç bir yeni platforma, şübhəsiz ki, burada kömək etməyəcək və heç bir şəkildə həlledici rol oynaya bilməyəcək”, - mənbə açıqlamasında deyib.

Chosen
14
4
axar.az

5Sources