EN

16 müəllim xəstəxanaya aparıldı: Vəziyyətləri necədir? - TƏBİB

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu ərazisində mikroavtobusun qəzaya uğramasının təfərrüatı məlum olub. 

Hadisə rayonun Marif kəndi ərazisində baş verib. 

Gəncə şəhər sakini Pərviz Şahbaz oğlu Quliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus Gəncə və Şəmkir rayonundan Gədəbəy rayonunda işləyən qadın müəllimləri orta məktəbə gətirirmiş. O, Marif kəndi ərazisində qarşıdan gələn, Gədəbəy rayonunun Zəhəmtabad kənd sakini Natiq Niyazi oğlu Əliyevin idarə etdiyi VAZ-2106 markalı avtomobili gözləmədən dönmə əməliyyatı edib. 

Nəticədə "Mercedes" markalı mikroavtobus VAZ-2106 markalı avtomobillə toqquşub, daha sonra isə yoldan çıxaraq aşıb. Hadisə nəticəsində mikroavtobusda olan 15 müəllim və VAZ-2106 markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bəs, qəzada yaralananların hazırkı vəziyyəti necədir? 

“Cebheinfo.az”-ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, yol-nəqliyyat qəzasında 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub: 

“24.09.2025-ci il tarixində saat 08:15 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub. 

Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar. Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir”. 

Chosen
18
1
cebheinfo.az

2Sources