EN

Petrosyan Paşinyanın Qarabağla bağlı təklifindən imtina etdi

BAKI, 24 sentyabr. TELEQRAF

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Qarabağla bağlı Baş nazir Nikol Paşinyanla debata çıxmaqdan imtina edib.

Teleqraf xəbər verir ki, bu, onun bu gün İrəvanda jurnalistlərə açıqlamasından məlum olub.

Ter-Petrosyan Paşinyanı Qarabağla əlaqədar sənədləri dərc etməyə çağırıb: “Ona yüz dəfə demişəm ki, bunları dərc elə”.

“Əgər dərc eləsə, onunla debata gedəcəksinizmi” sualına sabiq prezident yayındırıcı cavab verib:

“Bu açıqlansaydı, müzakirə bitərdi, çünki orada hər şey deyilir”.

Xatırladaq ki, Nikol Paşinyan bundan öncə Levon Ter-Petrosyanla yanaşı, digər keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı da Qarabağla bağlı açıq debata çağırıb. Ermənistan baş naziri sabiqlərin Qarabağı Azərbaycan ərazisi olaraq tanıdıqlarını və buna dair onda sübutların olduğunu bəyan edib. Paşinyan bununla bağlı sənədləri dərc etməyə hazır olduğunu da bildirib.

Həmçinin baş nazir Sərkisyan, Köçəryan və Petrosyanı Qarabağda müharibəni qızışdırmaqda, Azərbaycan ərazilərinə hərbi müdaxilədə ittiham edib.

Chosen
90
2
teleqraf.com

3Sources