EN

Azərbaycan Cənubi Qafqaz regionunun sülh carçısı kimi bütün dünyada diqqət görür

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan dövlətinin öz sülhpərvər siyasəti ilə dünyanın diqqət mərkəzində olduğu Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 80-ci yubileysesiyasında iştirakı zamanı şahid oluruq. Azərbaycan Prezidenti assambleya iştirakçıları arasında xüsusi olaraq seçilir. Dövlət və şirkət rəhbərlərinin Azərbaycan Prezidenti ilə görüşləri də buna misaldır".Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunun sülh carçısı kimi bütün dünyada diqqət görür:"Azərbaycanın sülh tezisləri siyasi liderlərin təqdirini qazanır. Azərbaycan Prezidenti əldə etdiyi bu dividentləri Qarabağın bərpa və inkişafı üçün fürsətə çevirməyə çalışır. Dünyanın tanınmış investisiya şirkətlərinin rəhbərləri ilə görüşlər bu fürsətləri reallaşdırmağa imkan yaradır".Azər Qasımov deyib ki, Azərbaycan dövlətinin iqtisadi gücü Qarabağın bərpa olunmasında əsas yer tutur:"Azərbaycan öz gücünə işğaldan azad edilmiş ərazilərdə böyük investisiya layihələri həyata keçirir. Amma xarici şirkətlərin Qarabağa cəlb edilməsi həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycanın gücünə güc qatır. Hesab edirəm ki, Azərbaycan Prezidentinin bu sesiyya zamanı keçirdiyi görüşlər də bu istiqamətdə mühüm rol oynayacaq".Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
newscenter.az

2Sources