EN

BMT-nin statistika şöbəsinin direktoru : Azərbaycan statistikasına göstərilən diqqət bizə gözəl təsir bağışladı 

Bakı ənənə ilə innovasiyanın qovuşduğu, Şərqlə Qərbin görüşdüyü bir məkandır. Burada olmaqdan çox şadam.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Avropa İqtisadiyyat Komissiyasının statistika şöbəsinin direktoru Tina Luyqe III Beynəlxalq Statistika Forumunda deyib.

"Azərbaycan statistikasına göstərilən böyük diqqət bizə gözəl təsir bağışladı. Bu gün əsas vəzifəmiz gələcək statistikanın inkişaf etdirilməsidir. İldən-ilə bizim etibarlı məlumatlara ehtiyacımız artır. Bu məlumatlar əsasında biz daha da irəli getməliyik. Rəqəmlər göydən düşmür, yaxşı məlumatlar da öz-özünə yaranmır. Biz 3 gün ərzində forumda təcrübə mübadiləsi edəcəyik, bir birimizdən öyrənmək imkanı əldə edəcəyik. Bu, artıq 3-cü forumdur. Burada bizi maraqlandıran ən vacib məsələlər müzakirə olunacaq. Biz burada innovasiyaları nəzərdən keçirəcək, əhalinin siyahıyaalınmasının növbəti mərhələsinə baxacağıq”, - deyə T.Luyqe qeyd edib.

Chosen
20
2
azerbaijan-news.az

3Sources