EN

Prezident Administrasiyasının nümayəndəsi: "Azərbaycan son 150 ildə yeganə İslam dövləti idi ki..."

“27 sentyabr Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış yeni bir dövrün başlanğıcı kimi daxil oldu. Azərbaycan son 150 ildə işğal altında olan torpaqlarını qısa müddətdə azad edə bilən yeganə İslam dövləti oldu”.

Musavat.com xəbər verir ki, bunu Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin məsul əməkdaşı Qoşqar Səlimli Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı dini konfessiyaların iştirakı ilə Anım Gününün 5-ci ildönümünə həsr olunmuş iclasda deyib.

Onun sözlərinə görə, möhtəşəm Zəfər yalnız Azərbaycanın deyil, həm də sülh tərəfdarı olan bütün xalqların qələbəsi hesab edilə bilər:

“Bu zəfər işğal altında olan torpaqlarını azad etmək arzusu ilə yaşayan digər xalqlar üçün də bir mayak, bir ümid işığı oldu. Azərbaycanda yaşayan bütün xalqlar və müxtəlif dinlərin mənsubları bu qələbəni öz zəfərləri kimi qəbul etdilər. Çünki bu uğurda yalnız azərbaycanlı müsəlmanların deyil, digər dini mənsubların da imzası var. Başda Şeyx həzrətləri olmaqla bütün din xadimləri 44 günlük Vətən müharibəsi dövründə fədakarlıqla çalışdılar, şəhid ailələrinin dərdini bölüşdülər, mənəvi dəstək göstərdilər”.

Chosen
10
1
paytaxt.org

2Sources