EN

Bangkokda QORXUNC HADİSƏ: Yol şəkdü, nəhəng çuxur ƏMƏLƏ GƏLDİ – VİDEO

Tailand paytaxtının mərkəzində, Vajira xəstəxanasının önündə yol qəfil çökərək nəhəng çuxur (sinkhol) əmələ gətirib. Hadisə səhər saatlarında baş verib.

Şahidlərin sözlərinə görə, əvvəlcə yolun səthində çatlar yaranıb, daha sonra asfalt təxminən 50 metr dərinliyində uçaraq dağılıb. Nəticədə ətrafdakı su boruları və elektrik xətləri də zədələnib.

Şəhər hakimiyyəti ərazini dərhal hasarlayıb, yaxınlıqdakı binalar — o cümlədən polis bölməsi və xəstəxana — boşaldılıb. Rəsmilər təsdiqləyib ki, ölən və yaralanan olmayıb.

Mütəxəssislər çöküntünün səbəbini araşdırır. İlkin ehtimallara görə, hadisə yeraltı metro xəttinin tikintisi, torpaq eroziyası və köhnəlmiş su borularında sızmalarla əlaqəli ola bilər.

Hazırda hadisə yerində xilasedicilər və mühəndis briqadaları çalışır, şəhər rəhbərliyi vətəndaşlardan həmin əraziyə yaxınlaşmamağı xahiş edib.

Chosen
16
1
interpress.az

2Sources