EN

"Putin Zelenski ilə görüşə hazırdır" - Kreml

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyə hazırdır. 

"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov RBC radiosuna bildirib. 

Onun sözlərinə görə, lazımi hazırlıq olmadan bu cür danışıqlar reklam kimi görünə bilər: "Putin görüşə hazır olduğunu bildirib. Tərəflər ev tapşırığını etdikdən sonra görüşməyin mənası var. Hazırlıqsız görüş daha çox PR oyunudur", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu

Chosen
15
unikal.az

1Sources