EN

Xalq artisti ÜRƏK ƏMƏLİYYATI keçirib

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Dövlət Radiosunun diktoru, Xalq artisti Eldost Bayram ürək əməliyyatı keçirib.

Bununla bağlı Oxu.Az-a danışan Xalq artisti bildirib ki, bir neçə gün əvvəl ürəyinə stent qoydurmalı olub.

"Əvvəldən də ürəyimdə iki stent var idi, amma görünür onların ömrü başa çatmışdı deyə, ikisini də əlavə qoydular ki, yaşaya bilim. Atıq dörd gündür evdəyəm, hələ gəzmirəm. Bir həftə müddət qoyub həkimlər, ondan sonra hər gün yarım saat, 40 dəqiqəyə qədər gəzməyə başlayacağam. Bir aydan sonra özümü necə hiss etməyimlə bağlı həkimə hesabat verməliyəm. Birbaşa ağrılarım yoxdur, amma narahatlıqlarım var. Əvvəldən də nəbzim məni narahat edirdi. Hesab edirəm ki, müalicədən sonra o da stabilləşəcək.

Əslində, mən Mərkəzi Neftçilər Xəstəxanasına sadəcə müayinəyə getmişdim. Elə oldu ki, məsələ uzandı, exokardioqram da etdilər. İcbari tibbi sığorta ilə oldu bunlar hamısı. Sonra sinəmdən bir aparat asdılar, bir sutka da o aparatı gəzdirməli oldum. Sonda qərara gəldilər ki, angioqrafiya (anju) etmək lazımdır. Belə alındı ki, yenidən stent qoyuldu. İnşallah, hər şey yaxşı olacaq", - deyə E.Bayram bildirib.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
6
oxu.az

7Sources