EN

Melaniya Tramp Zelenskaya ilə görüşdən imtina etdi

ABŞ-ın birinci xanımı Melaniya Tramp BMT Baş Assambleyası çərçivəsində çıxışından sonra Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ilə görüşməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post” ABŞ-ın birinci xanımının baş müşaviri Mark Bekmana istinadən məlumat yayıb.

Bekman Yelena Zelenskayanın bir neçə dəfə görüş üçün müraciət etdiyini təsdiqləyib. Lakin onun sözlərinə görə, Melaniya Trampın qrafikində ayrıca ikitərəfli görüş nəzərdə tutulmayıb.

Chosen
16
1
axar.az

5Sources