Orenburq və Ufa hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 24-də Federal Hava Nəqliyyatı Agentliyinin sözçüsü Artyom Korenyako məlumat verib.
"Orenburq və Ufa hava limanları - təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb", - Korenyako Telegram kanalında yazıb.
Həmin gün Orenburq və Ufa hava limanlarında məhdudiyyətlər elan edilib. Bu məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.
QAZİLER.AZ