Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 271 ton miskonsentratı istehsal edilib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, mis konsentratı istehsalı ötən ilin eyni dövrüilə müqayisədə 2 159 ton və ya 20,3 dəfə artıb.
Belə ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycanda 112 tonmis konsentratı istehsal edilmişdi.
Qeyd edək ki, cari ilin sentyabr ayının 1-nə ölkədə hazır miskonsentratı ehtiyatının miqdarı 179,5 ton olub.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda mədənçıxarmasənayesində istehsalın ümumi dəyəri 25,7 milyard manat olmaqla,əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% azalıb.