EN

Zaqatalada avtomobil velosipedçini vurub

Zaqatala şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Cebheinfo.az" Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən xəbər verir ki, Şəki rayon sakini, 23 yaşlı Natiq Əmrahov bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb və onu tibbi müəssisəsinə çatdırıblar. Ona təcili tibbi yardım briqadası ilkin tibbi yardım göstərib. Daha sonra xəstəxananın cərrahiyyə korpusuna yerləşdirilib. Həkimlər N.Əmrahovun vəziyyətini orta-ağır qiymətləndirirlər.

İlkin araşdırmalara görə, gənci velosipedlə hərəkətdə olan zaman minik avtomobili vurub.

Hadisə ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

"Cebheinfo.az" 

Chosen
8
1
cebheinfo.az

2Sources