EN

“Xanı” ilə vida mərasimi keçirilir Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ötən gün mina partlaması nəticəsində həyatını itirmiş “Xanı” ləqəbli kəşfiyyatçı Səyyaf Əhmədovun nəşi ailəsinə təhvil verilib. 

“Qafqazinfo”nun xəbərinə görə, mərhumla yaşadığı Ağdam rayon Baharlı qəsəbəsindəki evində vida mərasimi keçirilir.

Qeyd edək ki, S.Əhmədov Ağdam rayonun Mirəşelli kəndinin keçmiş neytral sahəsində minaya düşərək həlak olub. 

Xatırladaq ki, əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. 4 övladı var. O, həm I Qarabağ müharibəsinin iştirakçısı, həm də Vətən müharibəsinin könüllüsü olub. 1992-ci ildə könüllü olaraq orduya qatılıb. Keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Onun vətən uğrunda döyüşlərdə göstərdiyi şücaət dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. 

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
65
6
qafqazinfo.az

7Sources