EN

Ruhunu Allaha təslim edən qadın , yoxsa Qurban Səidin Nino su... Buzovnada sirli heykəl kimindir? Video

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Buzovna Bakının qədim tarixə malik kəndlərindən sayılır. Burada çox sayda tarixi abidələr, hamamlar, pirlər var. Düzdür, bəziləri baxımsız vəziyyətdədir. Və belə görünür ki, tarixin sınağından çıx bilməyəcək. Amma xalq tarixini sevirsə, qoruyacaq və qorunmasını tələb edəcək.

Bu günlərdə Buzovnada olarkən, diqqətimi maraqlı bir heykəl çəkdi. Xəritədə adını “Davudun Nino heykəli” deyə qeyd ediblər. Heykəl haqqında məlumat almaq üçün yaxınlığına qədər getdim. Heykəl 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin ərazisində yaradılıb. Düzünü desək, heykəlin kim tərəfindən nə zaman və hansı səbəblə yaradıldığı haqqında məlumat yoxdur. İnternet səhifələrində heykəl “Ruhunu Allaha təslim edən qadın” adı ilə də yer alıb. Amma bu barədə də heç bir məlumat qeyd edilməyib.

Heykəl xüsusi iplərdən toxumalarla və daşlarla yığılıb. Heykələ uzaqdan baxdığınız zaman qadının üz siluetini görmək mümkündür. Sanki bir qadın üzünü göylərə qaldırıb, ruhunu Allaha təslim edir.

Heykəl hüzur verir, qəlbə rahatlıq gətirir. Küləklər həmin ipləri sovurub, yolub, yorub. Amma uzaqdan baxdığınız zaman fərqli bir mənzərə görünür qarşınızda…

Heykəlin ərsəyə gəlməsində əməyi keçən "sənətkar"ı görmək, tanımaq da çox maraqlı olar. Araşdırmamız davam edəcək...

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
bizimyol.info

1Sources