EN

Süni intellektin tibbdə yeni imkanlar yaradır - Türkiyəli nazir müavini

Bakı. Trend:

Süni intellektin tibbdə tətbiqi artıq reallığa çevrilir və bu,yaxın gələcəkdə həkimlərin bir çox funksiyalarını avtomatlaşdırabilər.

Trend xəbərverir ki, bunu Türkiyə Respublikasının əmək və sosial təminatnazirinin müavini Lutfihak Alpkan “Dəyişən İş Dünyasında İnnovativƏmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar – Milli Həllər”mövzusunda keçirilən tədbirlərdə deyib.

Onun sözlərinə görə, əgər süni intelekt həkimin yerinə keçərsə,ixtisaslı kadrların işsizlik problemi yarana bilər:

“Lakin texnologiyanın həkimin yanında işləyən ağıllı alət kimiyerləşdirilməsi həm səhiyyəni gücləndirə, həm də iş yerləriniqoruya bilər. Bu məsələlərin həll üçün Dövlət səviyyəsində atılmalıaddımlar var. Tibbi süni intellekt yalnız insan nəzarəti iləişləməli, nəticələr qeydə alınmalı və şəffaflıq təmin olunmalıdır.İşini itirən və ya rolu dəyişən tibbi kadrlar üçün dövlət dəstəyiilə yenidən təlim və maliyyə proqramları yaradılmalıdır. Tibb vərəqəmsal xidmətlərdə süni intellektin tətbiqi yeni iş yerləri açabilər, məsələn pasiyent naviqatorları, məlumat mühafizəçiləri vətibbi analitiklər”.

O qeyd edib ki, universitetlərdə fəlsəfə, tibbin tarixi, etik vəünsiyyət dərsləri saxlanılmalı, həkimlərin humanitar bacarıqlarıqorunmalıdır:

“Tələbələr süni intellektin iş prinsipləri, riskləri, hüquqi vəetik çərçivələri, rəqəmsal təhlükəsizlik bacarıqları ilə təchizedilməlidir. Simulyasiya mərkəzləri genişləndirilməli, tələbələrreal xəstələrə çıxmazdan əvvəl süni intellektlə yanaşı qərarverməyi virtual xəstəxana şəraitində öyrənməlidirlər. Mövcudhəkimlər üçün mikro-sertifikatlar və qısa kurslar təşkil olunmalı,onların yeni rollara uyğunlaşması təmin edilməlidir”.

“Mütəxəssislər hesab edirlər ki, süni intellekt tibbdəqaçılmazdır. Amma proses düzgün idarə olunduqda, həkimləri işsizqoymaq əvəzinə onların iş yükünü azaldacaq, səhiyyəni əlçatanedəcək və yeni peşələr yaradacaq”, - o vurğulayıb.

Məqalədə:
Chosen
10
az.trend.az

1Sources