EN

Adnan Əhmədzadənin həbs qərarı qüvvədə qaldı

Ajans.az xəbər verir ki, onun bu hüququndan istifadə etmə müddəti artıq bitib. Qanunvericiliyə əsasən, məhkəmənin həbs qətimkan tədbiri seçilməsi barədə qərarından 3 gün ərzində apellyasiya şikayəti vermək mümkündür. Lakin Adnan Əhmədzadə artıq dörd gündür həbs edilib. Bu müddət ərzində nə özü, nə də vəkili yuxarı instansiya məhkəməsinə müraciət edib. Onun vəkili Şaiq Mirzəyev "qafqazinfo"ya açıqlamasında məlumatı təsdiq edib: “Hazırkı mərhələdə apellyasiya şikayəti verməyi zəruri hesab etmədik. İlk 4 ayda aktiv istintaq hərəkətləri aparılır. Bu səbəbdən hələ ki gözləmək qərarına gəldik. Gələcəkdə məsləhətləşmə əsasında, səhhəti və digər amilləri nəzərə alaraq məhkəməyə müraciət edə bilərik”.

Görünən isə odur ki, Adnan Əhmədzadə özü də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi ilkin sübutlarla tanış olub və apellyasiya şikayətinin real nəticə verməyəcəyini düşünüb.

Chosen
13
24
Ajans.az

10Sources