EN

Amazon un kassirsiz mağazaları iflas etdi

ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın e-ticarət nəhəngi "Amazon" İngiltərədə fəaliyyət göstərən bütün "Amazon Fresh" -  kassirsiz mağazalarını bağlayacağını açıqlayıb.

Banco.az xəbər verir ki, şirkət bildirib ki, 2017-ci ildə aldığı 14 mağazanı daimi olaraq bağlayacaq, 5 mağaza isə Whole Foods Market-ə çevriləcək.

Məlumatına görə, kassirsiz mağazalar pandemiya dövründə populyarlıq qazansa da, Amazon-un gözlədiyi nəticəni verməyib.

Şirkət açıqlamasında, bağlanmalardan təsirlənən işçilərə mümkün olduqda yenidən təyinat imkanları təklif ediləcəyini bildirib. Şirkət bu qərarı onlayn çatdırılma xidmətlərinə daha çox diqqət yetirmək məqsədilə verdiyini vurğulayıb.

Kassirsiz mağazalar alıcılara telefonlarına tətbiq etdikləri proqram vasitəsilə kredit kartı ilə ödəniş etməyə imkan verir, ödənişlər isə kameralar və sensorlar vasitəsilə avtomatik həyata keçirilir. Pandemiya dövründə onlayn alış-verişin artması Amazon-a sektorda əhəmiyyətli pay qazandırmışdı. 2021-ci ildə isə şirkət İngiltərədə ilk Amazon Fresh mağazasını açmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
1
banco.az

2Sources