EN

25 ölkənin XİN rəhbəri İsraildən Qazada tibbi koridor açmağı tələb edib

25 ölkənin XİN rəhbəri İsraildən Qazada tibbi koridor açmağı tələb edib

25 ölkənin xarici işlər nazirləri və Avropa Komissiyasının fövqəladə vəziyyətlər üzrə komissarı Adja Lyabib İsraili Qazadan yaralıların çıxarılması üçün tibbi koridoru bərpa etməyə çağırıb.

AFN.az xəbər verir ki, bununla bağlı məlumatı Böyük Britaniya XİN yayıb. Sənəddə deyilir: “İsraili Qazadan tibbi evakuasiyanı bərpa etmək və xəstələrin Fələstin ərazisində lazım olan müalicəni ala bilməsi üçün tibbi koridoru, o cümlədən Şərqi Qüds daxil olmaqla, bərpa etməyə ciddi çağırırıq.”

Açıqlamaya Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İtaliya, Kanada, Kipr, Lüksemburq, Litva, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Slovenya, Finlandiya, Fransa, Xorvatiya, İsveçrə, İsveç və Adja Lyabib imza atıb.

Nazirlər həmçinin İsraili dərman və tibbi avadanlıqların Qaza sektoruna tədarükü ilə bağlı məhdudiyyətləri qaldırmağa çağırıblar və yardımın maliyyə dəstəyi, tibbi heyətin göndərilməsi və avadanlıq təminatı formasında təqdim edilə biləcəyini bildiriblər.

Chosen
10
afn.az

1Sources