EN

Nazir: Hər kəs ali təhsil ala bilər, amma müəyyən meyarlar olmalıdır

"Son on ildə universitetlərə qəbul plan yerləri demək olar ki, iki dəfə artırılıb, bu isə təhsilə çıxış imkanlarını genişləndirib, eyni zamanda keyfiyyət və ədalət məsələlərini aktuallaşdırıb".

TƏHSİL.BİZ xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”nin açılış mərasimində ali təhsilə çıxış və inklüzivlik mövzusunda danışarkən bildirib.

Nazir qeyd edib ki, ali təhsildə əsas sual hələ də kimin bu imkana sahib olacağıdır:

“Biz deyə bilərik ki, hər kəs ali təhsil ala bilər, amma bunun üçün müəyyən meyarlar olmalıdır".

O, bu məsələdə iki yanaşmanı diqqətə çatdırıb: "Yalnız müəyyən bacarıq və qabiliyyətlərə malik şəxslərə üstünlük verilməsi və ya ali təhsili sırf fərdi iqtisadi seçim kimi dəyərləndirərək, hər kəsin öz qərarına buraxmaq".

 

Chosen
4
1
tehsil.biz

2Sources