EN

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,76 ABŞ dolları və ya 2,53% artaraq, 71,22 dollar/barel təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,73 dollar və ya 2,55% bahalaşaraq 69,65 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə1,64 dollar və ya 2,95% artaraq, 57,26 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,66 dollar və ya 2,49% artaraq 68,41 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 

Chosen
14
43
7news.az

10Sources