EN

Qusara palçıq seli gəldi - VİDEO+RƏSMİ AÇIQLAMA

Ötən gün Qusar rayonunun Laza kəndinə palçıq seli gəlib. Görüntülər sosial şəbəkələrdə yayılıb.

Modern.az hadisə ilə əlaqədar olaraq Qusar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda müvafiq qurumlar tərəfindən fəsadların aradan qaldırılmasıyla bağlı texniki heyət cəlb olunub və bu istiqamətində işlər aparılır.

Bildirilib ki, hadisə ilə bağlı heç bir yaşayış sahəsinə zərər dəyməyib.

"Sadəcə olaraq şəlaləldən tökülən palçıq qatı axıb", - məlumatda deyilir.

 

Chosen
4
1
modern.az

2Sources