EN

BMT baş katibi ZAPES-in enerjidən kəsilməsi ilə bağlı narahatdır

BMT baş katibi ZAPES-in enerjidən kəsilməsi ilə bağlı narahatdır

BMT baş katibi Antonio Quterreş Ukraynadakı münaqişə çərçivəsində nüvə obyektlərinə, xüsusilə Zaporoje Atom Elektrik Stansiyası (ZAPES) qarşı təhlükənin ciddi narahatlıq doğurduğunu bildirib. O, bütün tərəfləri nüvə obyektlərinin təhlükəsizliyini təmin etməyə çağırıb.

AFN.az-ın xəbərinə görə, Quterreş BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında qeyd edib ki, beynəlxalq hüquq çərçivəsində bütün tərəflər nüvə obyektlərinin qorunmasını təmin etməlidir və mülki əhalinin, infrastrukturun hədəf alınması qəbuledilməzdir.

Son məlumatlara görə, stansiya son enerji xətti kəsildiyi üçün dizel generatorlarından ehtiyat enerji ilə işləyir və bütün generatorlar normal rejimdə fəaliyyət göstərir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) qeyd edib ki, bu, Ukrayna münaqişəsi dövründə stansiyanın enerjidən onuncu dəfə kəsilməsi hadisəsidir. MAQATE komandası hadisənin təfərrüatlarını araşdırır.

Chosen
15
afn.az

1Sources