Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz "X" səhifəsində məlumat bölüşüb.
Məlumata görə, saxlanılan şübhəli şəxslər, cinayət törətmək məqsədilə mütəşəkkil dəstə yaratmaqda, miqrant qaçaqmalçılığında, çirkli pulların yuyulmasında, dələduzluqda, rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar.
Mütəşəkkil dəstəyə aid olan aktivlərə o cümlədən 1240 mənzilə, 47 avtomobilə və 65 torpaq sahəsinə, eləcə də bank hesablarına həbs qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31