EN

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 5%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Amerika BirləşmişŞtatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 799,6 milyonABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 36,7 milyon ABŞ dolları və ya 4,8% çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 2,49%-i həcmində olub. Bununla da ABŞ hesabatdövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığıölkələr sırasında 7-ci pillədə qərarlaşıb.

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan AmerikaBirləşmiş Ştatlarına 45,2 milyon dollarlıq məhsul ixracı qeydəalınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,2 milyon ABŞdolları və ya 58,7% azdır.

Dövr ərzində Azərbaycandan sözügedən ölkəyə ümumi ixracın 44,6milyon ABŞ dollarlıq hissəsini qeyri-neft məhsullarının ixracıtəşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 64,5 milyon ABŞ dolları və ya 59,1% azdır.

Eyni zamanda, hesabat dövründə ABŞ-dən Azərbaycana 754,3 milyonABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da2024-cü ilin eyni dövrü ilə müqayisədə 101 milyon ABŞ dolları və ya15,4% artım deməkdir. Bununla da hesabat dövründə ABŞ Azərbaycanınən çox məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədəqərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanxarici ölkələrlə 32,118 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,123milyard ABŞ dolları və ya 3,6% çoxdur.

Xarici ticarət dövriyyəsinin 17,065 milyard ABŞ dolları ixracın,15,053 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eynidövrü ilə müqayisədə ixrac 1,166 milyard ABŞ dolları və ya 6,4%azalıb, idxal isə 2,290 milyard ABŞ dolları və ya 17,9% artıb.

Son nəticədə xarici ticarətdə 2,013 milyard dollarlıq müsbətsaldo yaranıb. Bu da illik müqayisədə 3,455 milyard ABŞ dolları vəya 2,7 dəfə azdır.

Chosen
9
2
az.trend.az

10Sources