EN

Rusiyanın nəhəng neft kimya müəssisəsinə dron hücumu

ain.az bildirir, Baku.ws portalına istinadən.

Bu səhər Rusiyanın Başqırdıstan Respublikasında yerləşən "Qazprom neft-kimya Salavat" MMC növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

BAKU.WS-in Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Başqırdıstanın rəhbəri Radi Xabirov sosial şəbəkədə açıqlama yayıb.

"Qazprom neft-kimya Salavat yenidən dronlarla hücuma məruz qalıb. Zərərin dərəcəsi müəyyənləşdirilir", - deyə o bildirib.

R.Xabirov əlavə edib ki, hadisə yerində fövqəladə xidmətlər fəaliyyət göstərir, yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Qeyd edək ki, "Qazprom neft-kimya Salavat" MMC Salavat şəhərində yerləşir və Rusiyanın ən iri neft-kimya komplekslərindən biri hesab olunur. Kompleksdə neftin emalı, qaz-kimya istehsalı və müxtəlif kimyəvi məhsulların hazırlanması həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
1
baku.ws

2Sources