EN

Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı sərt tədbirlər görüləcək

Bakı. Trend:

Son dövrlərdə Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindənverilən dənizçi sənədlərinin saxtalaşdırılması hallarının artmasımüşahidə olunur. Belə hallar qanun pozuntusu olmaqla yanaşı,ölkəmizin müvafiq sahə üzrə beynəlxalq öhdəliklərinin icrasına dazərər vurur, dəniz üzgüçülüyünün təhlükəsizliyi, insan həyatı vədəniz ətraf mühiti üçün ciddi risklər yaradır.

2024–2025-ci illər ərzində aparılmış araşdırmalar nəticəsində 14şəxsə aid ümumilikdə 21 saxta sənəd aşkar edilib. Bunlardan 8-isertifikat (diplom), 13-ü xüsusi hazırlıq şəhadətnaməsidir. Saxtasənədlərdən 5-i xarici ölkələrin gəmiçilik şirkətləri və ya bayraqdövlətlərinin sorğuları əsasında, 16-sı isə vətəndaşların sənədyenilənməsi və ya yeni sənəd əldə edilməsi məqsədilə Agentliyəmüraciətləri zamanı müəyyən olunub. Aşkarlanmış bütün hallar üzrəmateriallar hüquq-mühafizə orqanlarına təqdim edilib. Dənizçisənədlərinin saxtalaşdırılması hallarına qarşı mübarizə məsələləribeynəlxalq səviyyədə “Dənizçilərin hazırlanmasına, onlara diplomverilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələredilmiş Beynəlxalq Konvensiyanın (DHDNÇ) I/5-ci Qaydası ilətənzimlənir.

Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı mübarizəAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi,Ticarət Gəmiçilik Məcəlləsinin 44.4 maddəsi ilə tənzimlənir.

Həmçinin “Azərbaycan Respublikasının nəqliyyat donanmasıgəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqındaƏsasnamə”nin 1.6-cı maddəsi – sənəd saxtakarlığı halı aşkaredildikdə Agentliyin müvafiq tədbirlər görmək səlahiyyətini müəyyənedir.

Dənizçi sənədlərinin saxtalaşdırılmasının qarşısını almaq və busahədə şəffaflığı təmin etmək məqsədilə qanunvericilikdədəyişikliklərlə bağlı təkliflər hazırlanıb.

Saxta sənədlərdən istifadə dəniz üzgüçülüyünün təhlükəsizliyinə,dənizçilərin sosial rifahına, əmlaka və dəniz ətraf mühitinə ciddirisklər yaradır. Eyni zamanda, bu hallar Azərbaycanın BeynəlxalqDəniz Təşkilatının “Ağ Siyahı”sında mövqeyini zəiflədə, ölkəmizinbeynəlxalq imicinə mənfi təsir göstərə və dənizçilərimizin xaricigəmilərdə iş imkanlarını məhdudlaşdıra bilər.

Beynəlxalq Dəniz Təşkilatı DHDNÇ Konvensiyasının tələbinə əsasəntərəf dövlətlər özünün verdiyi dənizçi sənədlərinin həqiqiliyinimaraqlı tərəflərin fasiləsiz və etibarlı şəkildə yoxlamaq imkanınıtəmin etməlidir. Bu baxımdan, Agentliyin rəsmi internet səhifəsindəyaradılmış “Sertifikatların yoxlanılması” bölməsi fasiləsiz olaraqAgentlik tərəfindən verilmiş dənizçi sənədlərinin həqiqiliyininyoxlanılması imkanını yaradır (https://e-services.ardda.gov.az:8090/)

Agentlik bir daha bildirir ki, dənizçi sənədlərininsaxtalaşdırılması, qanunsuz hazırlanması və ya saxta sənədlərdənistifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinəəsasən cinayət məsuliyyətinə səbəb olur. Bu baxımdan, Agentlikbütün aidiyyəti tərəfləri, xüsusilə dənizçiləri bu kimi hallardançəkinməyə və oxşar hallarla rastlaşdıqda, dərhal Agentliyiməlumatlandırmağa çağırır.

Chosen
23
13
az.trend.az

10Sources