EN

Türkmənistan Prezidenti ABŞ-də BMT Baş katibi ilə görüşdü

BAKI, 24 sentyabr. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ABŞ-yə işgüzar səfəri çərçivəsində BMT Baş katibi Antonio Quterreşlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə TDH məlumat yayıb.

Sərdar Berdiməhəmmədov görüşdə Türkmənistanın BMT ilə əməkdaşlığı inkişaf etdirməyə sadiq olduğunu bir daha təsdiqləyib, ölkənin neytral statusunu və Avazada BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının uğurla keçirildiyini xatırladıb. Antonio Quterreş yüksək təşkilatçılıq səviyyəsini və qəbul edilmiş sənədlərin BMT-nin gələcək fəaliyyəti üçün əhəmiyyətini qeyd edib.

Türkmənistan lideri baş katibi dekabrın 12-də Aşqabadda keçiriləcək beynəlxalq foruma dəvət edib.

Antonio Quterreş Türkmənistanın neytrallığının regionda və dünyada sülhün möhkəmləndirilməsində rolunu vurğulayıb.

Görüşdən sonra tərəflər Türkmənistan-BMT tərəfdaşlığını inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər.

Chosen
126
teleqraf.com

1Sources