EN

İrəvandan Azərbaycanla çəkiləcək sərhədlərlə bağlı AÇIQLAMA

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının razılaşdırdığı əsasnaməyə uyğun olaraq, Almatı bəyannaməsi çərçivəsində aparılacaq.Bizim.Media xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin İnformasiya və İctimai Diplomatiya Departamentinin rəhbəri Akop Sarkisyan yerli KİV-in müvafiq sualına cavab olaraq bildirib.“Avqustun 8-də paraflanmış və ayın 10-da dərc edilmiş sazişdən də göründüyü kimi, orada başqa heç nə nəzərdə tutulmayıb. Tam razılaşma bunlar üzrədir.

 

Bundan başqa, müqavilədə keçmiş Sovet Sosialist Respublikaları arasındakı sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən belə tanındığını təsdiq etməklə tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmətlə yanaşır”, - Ermənistan rəsmisi deyib.

“Əsasnamədə təsbit olunmuş 1991-ci il tarixli Almatı bəyannaməsinin rəhbər tutulmasının əsas prinsipi müvafiq sənədlərin əhatə dairəsini müəyyən edir, bu bu sənədlər Sovet İttifaqının dağılması zamanı mövcud olan, Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında mövcud inzibati sərhədi ifadə edən hüquqi cəhətdən əsaslandırılmış sənədlər və xəritələr olmalıdır”- Sarkisyan əlavə edib. (Teleqraf.az)Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
7
bizim.media

10Sources