Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Tribunainfo.az-ın məlumatına görə, minik avtomobili ilə toqquşan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəzada 10-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara hazırda Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilir. Mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış.
Fakt araşdırılır.